"Vətənə məhəbbət, Azərbaycan xalqına və dövlətinə bağlılıq onu bütün həyatı boyu fərqləndirib"

"Vətənə məhəbbət, Azərbaycan xalqına və dövlətinə bağlılıq onu bütün həyatı boyu fərqləndirib"
SİYASƏT
17:26 12.07.2019
5046
Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib.
 
AZXEBER.COM Trend-ə istinadən bildirir ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda dövlət gənclər siyasətinin banisi olan Heydər Əliyevin ölkə gənclərinə göstərdiyi diqqət və qayğını bir daha nümayiş etdirməkdir.

Tədbirdə çıxış edən Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov bildirib ki, Heydər Əliyev 1923-2003-cü illərdə yaşayıb fəaliyyət göstərib, öz qlobal düşüncə tərzi və bəşəri fəaliyyəti, müdrik və uzaqgörən siyasəti, unikal liderlik keyfiyyətləri, güclü milli iradəsi, xüsusi idarəçilik istedadı və rəhbərlik bacarığı ilə Azərbaycanda Ümummilli Lider səviyyəsinə yüksəlib və dünya tarixinə düşmüş görkəmili siyasi və dövlət xadimi, qüdrətli tarixi şəxsiyyət olub.

Əli Həsənovun sözlərinə görə, Heydər Əliyev öz fitri istedadını, dərin zəkasını, bilik və bacarığını daim bütün azərbaycanlılarının qəlbində yaşayan milli dövlətçilik ideyalarının gerçəkləşməsinə yönəldib, öz dövlətini və xalqını zamanın çətin sınaqlarından uğurla çıxarıb və dinamik inkişafını təmin etmiş böyük azərbaycanlı olub:

"Vətənə məhəbbət, Azərbaycan xalqına və dövlətinə bağlılıq onu bütün həyatı boyu fərqləndirib. İstər sovet hakimiyyəti zamanı işlədiyi və fəaliyyət göstərdiyi bütün sahələrdə, istərsə də müstəqillik dövründə Heydər Əliyev daim öz doğma Azərbaycanına ləyaqətlə xidmət edib, ölkəni geridə qalmış aqrar respublikadan güclü elmi-texniki potensiala malik, dinamik inkişaf edən sənaye dövlətinə çevirmiş, onun sosial-iqtisadi və mədəni tərəqqisini təmin edib, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması, milli elitanın formalaşdırılması, sağlam və intellektul gənc nəslin yetişdirilməsi istiqamətində misilsiz nailiyyətlər qazanıb.

1990-cı ilin əvvəllərində, SSRİ-nin süqutu ərəfəsində Azərbaycanda milli-vətəndaş qarşıdurmasının vüsət aldığı, etnik separatizmin baş qaldırdığı, torpaqlarımızın bir-birinin ardınca işğal olunduğu, ölkənin daxildən və xaricdən ciddi xaos və anarxiyaya sürükləndiyi, sosial-siyasi böhranın günü-gündən dərinləşdiyi bir vaxtda Heydər Əliyev öz həyatını təhlükə qarşısında qoyaraq Moskvadan geri qayıdıb, doğma Vətənində milli-vətəndaş birliyinin yaradılması, dövlətçiliyin xilası və qorunması, ölkənin müstəqilliyin bərpası istiqamətində əsl tarixi missiya həyata keçirib".

Prezidentin köməkçisi bildirib ki, nə qədər ağır və çətin olmasına baxmayaraq, Heydər Əliyevin 1990-1993-cü illərdəki fəaliyyəti- öz xalqının milli azadlıq və müstəqillik uğrundakı mübarizəsinə qoşulması və faktiki olaraq müstəqillik uğrunda mübarizə hərəkatına rəhbərlik etməsi dövrü Azərbaycan dövlətçiliyinin və milli tariximizin parlaq səhifələrini təşkil edir:

"1993-cü ildə Azərbaycan dövlətçiliyinin çətin sınaqlar qarşısında dayandığı, məhvolma təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda Heydər Əliyev xalqın çağırışına səs vermiş, onun tələbi və dəstəyi ilə yenidən ölkə rəhbərliyinə qayıtmış və xüsusi qurtuluş missiyası həyata keçirərək, milli dövlətçiliyin XİLASKARINA çevrilib.

Sonrakı 10 il müddətində - 1993-2003-cü illərdə müstəqil Azərbaycan Respublikasında Heydər Əliyevin rəhbərliyi altında milli inkişafın əsasları yaradılmış - daxili sabitlik, qanunçuluq, sosial ədalət, milli həmrəylik təmin edilmiş, Azərbaycanın daxili və xarici siyasətinin, dövlət idarəçiliyinin, yeni iqtisadi, siyasi və sosial münasibətlərin, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin əsasları formalaşdırılmış, bütün sahələr üzrə ölkənin inkişaf strategiyası hazırlanmış və həyata keçirilmişdir. Heydər Əliyev bu mərhələdə həlledici tarixi xidmət və uğurlu fəaliyyət göstərərək həm də müstəqil Azərbaycan dövlətinin banisi və qurucusuna çevrilib.

Hazırda Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti "öz doğma xalqına sədaqətli xidmətin və onun yolunda hər cür fədakarlığa hazır olmanın" əsl nümunəsinə çevrilib".

Ə.Həsənov vurğulayıb ki, Ulu Öndərin öz dəyərini həmişə saxlayacaq uzaqgörən siyasəti, parlaq dühası və zəngin irsi Azərbaycanın uğurlu inkişafının təməlində dayanır. Bu gün dinamik inkişaf edən, region və dünya siyasətində, əksər transmilli layihələrdə öz dəst-xətti ilə seçilən müasir Azərbaycan Respublikası Heydər Əliyevin yadigarı və şah əsəridir:

"Hər bir vətənsevər azərbaycanlının Ümummilli Liderin unudulmaz və əziz xatirəsi qarşısındakı müqəddəs borcu müstəqil və qüdrətli Azərbaycan dövlətini qorumaq və daha da inkişaf etdirməkdən ibarətdir.

Heydər Əliyevin xilaskarlıq, quruculuq və liderlik missiyasının, milli dövlətçilik təfəkkürünün, peşəkar idarəçilik təcrübəsinin, zəngin siyasi irsinin və onun birbaşa xidmətləri sayəsində tamamlanaraq milli ideologiya səviyyəsinə qaldırılmış azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği və hərtərəfli inkişaf etdirilməsi Azərbaycan elitası qarşısında dayanan əsas vəzifələrdəndir".

Tədbirdə daha sonra Gənclər və İdman Nazirliyinin təşəbbüsü və sifarişi ilə "MZ Prodakşn" tərəfindən istehsal olunan "Ulu öndər" sənədli filminin və eyni adlı mahnının təqdimatı keçirilib.

Filmin ssenari müəllifi və rejissoru Əməkdar incəsənət xadimi, professor Rafiq Quliyev, redaktoru İradə Sultanovadır. Filmdə ümummilli lider Heydər Əliyevin 1969-cu ildən 2003-cü ilədək həyat və fəaliyyətinin müxtəlif dövrünü əhatə edən kadrlar nümayiş olunub, Azərbaycan gənclərinə verdiyi tövsiyələr səsləndirilib.

"Ulu öndər" mahnısının musiqisi Azərbaycan Milli Konservatoriyasının rektoru, bəstəkar Siyavuş Kərimiyə, sözləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğluya aiddir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"City Garden Narimanov"da daxili kredit geri qayıtdı: premium təmirli mənzil sahib olmaq fürsətini qaçırmayın
14:17 17.10.2025
"City Garden Narimanov"da daxili kredit geri qayıtdı: premium təmirli mənzil sahib olmaq fürsətini qaçırmayın
"Desəm ki, efirə çıxmaq istəyirəm, bir-biriniz ilə yarışacaqsız" - Aysun aparıcıları qınadı
14:17 17.10.2025
"Desəm ki, efirə çıxmaq istəyirəm, bir-biriniz ilə yarışacaqsız" - Aysun aparıcıları qınadı
Ərini öldürən qadının tükürpədən ifadələri: "Əhməd kimi qətliam törədəcəyini söyləyirdi"
14:11 17.10.2025
Ərini öldürən qadının tükürpədən ifadələri: "Əhməd kimi qətliam törədəcəyini söyləyirdi"
Hazırda Azərbaycanda 730 narkoman müalicə alır
13:57 17.10.2025
Hazırda Azərbaycanda 730 narkoman müalicə alır
Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə keçirilən dəfilədən - FOTOLAR
13:49 17.10.2025
Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə keçirilən dəfilədən - FOTOLAR
Jlo əsl sevgini hələ də yaşamadığını etiraf edib
13:33 17.10.2025
Jlo əsl sevgini hələ də yaşamadığını etiraf edib
Komitə: Şuşanın tarixi mərkəzini detallı bərpa edə bilərik
13:18 17.10.2025
Komitə: Şuşanın tarixi mərkəzini detallı bərpa edə bilərik
Qırmızı Ürəklər Fondu və Cüdo Federasiyası əməkdaşlığa başladı
13:00 17.10.2025
Qırmızı Ürəklər Fondu və Cüdo Federasiyası əməkdaşlığa başladı
Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
12:43 17.10.2025
Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
Qəzadan sonra ağır günlər yaşayan Aylanın ailəsində itki
12:38 17.10.2025
Qəzadan sonra ağır günlər yaşayan Aylanın ailəsində itki
Naxçıvanın turizm imkanlarının nümayiş etdirilməsi məqsədilə mediatur təşkil olunub
12:29 17.10.2025
Naxçıvanın turizm imkanlarının nümayiş etdirilməsi məqsədilə mediatur təşkil olunub
Məşhur müğənninin infarkt keçirməsinə səbəb arıqlama iynəsidir - İDDİA
12:23 17.10.2025
Məşhur müğənninin infarkt keçirməsinə səbəb arıqlama iynəsidir - İDDİA
Belaruslu müğənni öldürüldü, orqanları satıldı, cəsədi yandırıldı
12:19 17.10.2025
Belaruslu müğənni öldürüldü, orqanları satıldı, cəsədi yandırıldı
Romada “Milli musiqimizin dünyada təbliği” adlı tədbir keçirilib
12:19 17.10.2025
Romada “Milli musiqimizin dünyada təbliği” adlı tədbir keçirilib
Polis Yasamaldakı silahlı insidentlə bağlı - 2 nəfəri saxladı
12:17 17.10.2025
Polis Yasamaldakı silahlı insidentlə bağlı - 2 nəfəri saxladı
Milli Məclis Prezident və birinci xanıma təbrik məktubu ünvanlayıb
12:14 17.10.2025
Milli Məclis Prezident və birinci xanıma təbrik məktubu ünvanlayıb