Bu gün dünyada nə baş verib?

Bu gün dünyada nə baş verib?
Bütün Xəbərlər
10:20 27.07.2013
1474
Miladi: 27 iyul 2013Hicri: 18 Ramazan 1434İlin 208-ci günüİlin sonuna 157 gün qalırBu günün namaz vaxtlarıFəcr - 05.03Günəş - 06.33Zöhr - 13.47Əsr - 18.24Məğrib – 21.16İşa – 22.521612-ci ildə Osmanlı padşahı IV Murad dünyaya gəlib1804 - Rusiya-İran müharibəsində (1804-1813) ilk toqquşma - Üçmüədzin döyüşü olub. İrəvan xanlığı ərazisində, Üçmüədzin kəndi (indiki Ermənistanın Eçmiədzin rayonu) yaxınlığında baş verən döyüşdə rus qoşunları məğlub olublar. Bunun ardınca, Qəmərli kəndi yaxınlığında ikinci döyüşdə də məğlub olan ruslar geri çəkiliblər. Lakin 1805-ci ilin əvvəlində, Şəki və Qarabağ xanlıqları istiqamətində yürüşə başlayan ruslar hər iki xanlığı ələ keçiriblər.1824-cü ildə fransız yazıçı Aleksandr Düma anadan olub1826-cı ildə Gəncədə Rusiya müstəmləkəçiliyi əleyhinə güclü üsyan baş verib. Bu, Gəncə xanlığının 1804-cü ildə Rusiya tərəfindən işğalından sonra çar üsul-idarəsinə qarşı ilk kütləvi çıxış idi. Üsyan rus qoşunları tərəfindən amansızlıqla yatırılıb.1835-ci ildə italyan şairi və tənqidçisi, 1906-cı il Nobel Ədəbiyyat Mükafatı laureatı Cozue Karduççi anadan olub1841-ci ildə rus şair və yazıçısı Lermontov vəfat edib1914-cü ildə Avstriya Serbiyaya müharibə elan etdi və I Dünya müharibəsi başladı1921-ci ildə Suriyanın eks-prezidenti Əmir Hafiz Əsəd anadan olub1953-cü ildə 2 milyondan çox insanın həlak olduğu Koreya müharibəsi başa çatıb1957-ci ildə Kiprdə Türk müqavimət hərəkatı yaradıldı1964-cü ildə ABŞ-da zəncilər Federal məhkəməyə müraciət etmək hüququ əldə edib1980-ci ildə İranın sabiq şahı Məhəmməd Rza Pəhləvi vəfat edib1997 - Prezident Heydər Əliyev ABŞ-a ilk rəsmi səfərə gedib. Avqustun 6-dək davam edən səfər gedişində Azərbaycan prezidenti əvvəlcə Nyu-Yorkda BMT-nin baş katibi Koffi Annan, NATO-nun baş katibi Xavyer Solana ilə, ABŞ-ın biznes dairələri ilə görüşlər keçirmişdi. Avqustun 1-də Ağ evdə ABŞ prezidenti Bill Klintonla danışıqlardan sonra iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini elan edən Birgə bəyannamə imzalanıb. Bundan əlavə, Azərbaycanın ABŞ-ın "Shevron", "Exxon", "Mobil" və "Amoco" şirkətləri ilə neft müqavilələri də Ağ evdə imzalanıb.
OXŞAR XƏBƏRLƏR