Sabirabad rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
AZXEBER.COM Azəriqazdan verilən məlumata görə, qaz nəqli şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 14:00-dan 16:00-dək Sabirabad rayonunun bir hissəsinə təbii qazın verilişində məhdudiyyət olacaq.