Bu gün hava yağmursuz olacaq - PROQNOZ

Bu gün hava yağmursuz olacaq -  PROQNOZ
Bütün Xəbərlər
10:11 09.09.2013
1017

Sentyabrın 9-da paytaxtda hava yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx və Sahildə isə 24-25 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sentyabrın 9-da hava əsasən yağmursuz keçəcək. Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə 14-19, gündüz 26-31 isti olacaq.

OXŞAR XƏBƏRLƏR