Bu gün hər bir müəllimin telefonuna təhsil nazirindən mesaj gəlib - MƏTN

Bu gün hər bir müəllimin telefonuna təhsil nazirindən mesaj gəlib - MƏTN
SOSİAL
17:42 05.10.2021
647
Təhsil naziri Emin Əmrullayev müəllimləri 5 oktyabr Beynəlxalq Müəllimlər günü münasibətilə təbrik edib.

AZXEBER.COM xəbər verir ki, nazirin adından 151 min 738 müəllimin telefonuna təbrik mesajı göndərilib. Emin Əmrullayev mesajda bu sözləri qeyd edib:

"Əziz müəllimimiz, övladlarımızın təlim-tərbiyəsini etibar etdiyimiz Sizə təşəkkür edir, şərəfli peşənizdə uğurlar arzulayıram! Beynəlxalq müəllimlər gününüz mübarək! Təhsil naziri Emin Əmrullayev”

Onu da bildirək ki, 1994-cü ildən etibarən hər il oktyabrın 5-i Ümumdünya Müəllimlər Günü kimi qeyd edilir.
 

 


OXŞAR XƏBƏRLƏR