Bu gün Heydər Əliyevin anım günüdür

Bu gün Heydər Əliyevin anım günüdür
Bütün Xəbərlər
00:01 12.12.2012
1837
Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin vəfatından 9 il keçir. AZXEBER.COM-un məlumatına görə, bu gün Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda Heydər Əliyevin anım mərasimləri təşkil olunub. Dövlət qurumları, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, media orqanları və ictimaiyyətin nümayəndələri Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edirlər. Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diaspora təşkilatları da Heydər Əliyevin vəfatının 9-cu ildönümü ilə əlaqədar anım mərasimləri təşkil ediblər. Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib. Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail ordusu: Martın 2-dən bəri Hizbullahın 250-dən çox artilleriyaçısı öldürülüb
18:37 10.04.2026
İsrail ordusu: Martın 2-dən bəri Hizbullahın 250-dən çox artilleriyaçısı öldürülüb
Kreml Putinin xüsusi nümayəndəsinin ABŞ-da səfərdə olduğunu təsdiqləyib
18:26 10.04.2026
Kreml Putinin xüsusi nümayəndəsinin ABŞ-da səfərdə olduğunu təsdiqləyib
İllər sonra gələn etiraf - "Qələbəmdə onun payı var"
18:08 10.04.2026
İllər sonra gələn etiraf - "Qələbəmdə onun payı var"
"Qaçqınkom"un ünvanına səsləndirilən ittihamlara aydınlıq gətirildi
17:52 10.04.2026
"Qaçqınkom"un ünvanına səsləndirilən ittihamlara aydınlıq gətirildi
Söyüş söyən daha bir tiktoker SAXLANILDI
17:48 10.04.2026
Söyüş söyən daha bir tiktoker SAXLANILDI
XTQ-nin döyüş hazırlığı yoxlanıldı - FOTOLAR
17:35 10.04.2026
XTQ-nin döyüş hazırlığı yoxlanıldı - FOTOLAR
3 gün leysan olacaq, sel keçəcək - XƏBƏRDARLIQ
17:32 10.04.2026
3 gün leysan olacaq, sel keçəcək - XƏBƏRDARLIQ
Evlənənlərin nəzərinə: Bundan sonra narkotik analizi....
17:23 10.04.2026
Evlənənlərin nəzərinə: Bundan sonra narkotik analizi....
Pərviz "Best of 40"da "Alışdırma"nı oxudu - VİDEO
17:07 10.04.2026
Pərviz "Best of 40"da "Alışdırma"nı oxudu - VİDEO
ATİA rəhbərliyi İnşaatçılar Günü münasibətilə Ulu Öndərin məzarını ziyarət edib - FOTOLAR
17:00 10.04.2026
ATİA rəhbərliyi İnşaatçılar Günü münasibətilə Ulu Öndərin məzarını ziyarət edib - FOTOLAR
İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!
16:32 10.04.2026
İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!
Azərbaycanda süni intellektlə bağlı qanun hazırlanır – Hansı yeniliklər olacaq?
16:17 10.04.2026
Azərbaycanda süni intellektlə bağlı qanun hazırlanır – Hansı yeniliklər olacaq?
Bu tarixdə instensiv yağış yağacaq - Dolu düşəcək
16:12 10.04.2026
Bu tarixdə instensiv yağış yağacaq - Dolu düşəcək
Deputat: Nikahda narkotik müayinəsi də tələb olunsun
15:58 10.04.2026
Deputat: Nikahda narkotik müayinəsi də tələb olunsun
Deputat TƏBİB-i sərt tənqid etdi: “Cinayət törədənlərə yüksək vəzifə verilir”
15:55 10.04.2026
Deputat TƏBİB-i sərt tənqid etdi: “Cinayət törədənlərə yüksək vəzifə verilir”
MEDİA: Azərbaycandan Körfəz ölkələri istiqamətində raketlərin buraxılması ilə bağlı xəbərlər əsassızdır
15:42 10.04.2026
MEDİA: Azərbaycandan Körfəz ölkələri istiqamətində raketlərin buraxılması ilə bağlı xəbərlər əsassızdır