Misirin Şarm əl-Şeyx şəhərində İsrail ilə HAMAS arasında vasitəçilər vasitəsilə keçirilən sülh danışıqları bu gün davam edəcək.
AZXEBER.COM xəbər verir ki, Oktyabrın 6-da keçirilən danışıqlar zamanı HAMAS girovların azad olunması proseduru, həmçinin Qəzza sektorundan İsrail ordusunun çıxarılması miqyası və qrafiki ilə bağlı öz mövqeyini təqdim edib.
Təşkilat, İsrailin davamlı atəşkəsi təmin edib-etməyəcəyindən və qoşunları tamamilə çıxaracağından narahatlıq ifadə edib.
Buna baxmayaraq, Misir mediasının məlumatına görə, danışıqların ilk raundu "müsbət atmosferdə" başa çatıb.
\APA