İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 35 nəfər artaraq 39 min 480-ə çatıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzza zolağına 300 gündür hücum etdiyi ilə bağlı məlumat verilib.
İsrail ordusunun son 24 saat ərzində həyata keçirdiyi bombardman nəticəsində daha 35 fələstinlinin həyatını itirdiyi, 55 nəfərin isə yaralandığı bildirilib.
Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 39 min 480-ə, yaralıların sayı isə 91 min 128-ə yüksəlib.
Açıqlamada, dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən yardım edilmədiyi bildirilib.
İsrailin Qəzzaya hücumlarında həyatını itirənlərin əksəriyyətinin qadın və uşaqlar olduğu bildirilərkən, hücumlar nəticəsində 10 min fələstinlinin itkin düşdüyü də qeyd olunub.
Oksana