'Bu gün küçədə pul uzatdığımız uşaqlar, sabah bizim canımızın düşmənləri olacaq'
Bütün Xəbərlər
22:32 15.02.2012
1602
“Kim uşaq problemlərini bilmirsə, uşaq dünyasından xəbəri yoxdursa, o, uşaq olmayıb”AZXEBER.COM xəbər verir ki, bu sözlərlə Gülər Əhmədova “Deməyə sözüm var” Foto jurnalistika vasitəsi ilə həssas təbəqədən olan uşaq və gənclərin gözü ilə sosial reinteqrasiya fəaliyyəti layihəsinə həsr olunmuş mətbuat konfransında çıxış edib. G.Əhmədova vurğulayıb ki, bu gün Uşaq Təşkilatının rəhbərləri, sözün yaxşı mənasında bu sahənin xəstələridir və mən inanıram ki, bu təşkilatlar uğura nail olacaqlar.20-30 faizini cəmiyyətə qaytarmaq mümkün olsa, bu görüləcək böyük işdir”-deyə millət vəkili bildirdi. G.Əhmədovanın sözlərinə görə, bu gün ən böyük problemlərdən biri əlil uşaqların problemidir və hələ də bir çox ailələr əlil uşaqlarını cəmiyyətdən gizlədir.G.Əhmədova vurğuladı ki, bu gün küçədə pul uzatdığımız uşaqlar sabah bizim malımızın və canımızın düşmənləri olacaqlar. Və əgər biz bu uşaqları cəmiyyətin qurbanı olmaqdan xilas edə biliriksə, öz gələcəyimizi cinayətkar əməllərdən xilas etmiş oluruq. “Odur ki, bütün təşkilatlar yalnız korporativ maraqlarını düşünməməli, hər kəs öz sahəsinin mütəxəssisi olmaqla yanaşı, bu sahədə də qarşılıqlı iş görməlidir”. Millət vəkili qeyd etdi ki, bu cür görülən işlərdəki mənəvi zövq heç bir bahalı maşını sürməkdən doğan mənəvi zövqü əvəz edə bilməz”.