Bu gün ölkə ərazisində yağış yağacaq

Bu gün ölkə ərazisində yağış yağacaq
Bütün Xəbərlər
11:24 19.06.2013
951

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.Məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.Havanın temperaturunun 26-31 dərəcə isti olacağı gözlənilir.Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.Havanın temperaturunun 29-34, dağlarda 19-24 dərəcə isti olacağı gözlənilir.Aqrometeoroloji şərhə görə, yaxın günlərdə respublikanın rayonlarında temperatur rejiminin bir qədər enməsi, bir çox yerlərdə yağışlı hava şəraitinin hökm sürəcəyi və küləyin arabir güclənəcəyi gözlənilir.Temperatur rejimi kənd təsərrüfatı bitkilərinin inkişafı və boy atması, çəyirdəkli meyvələrin yetişməsi üçün əlverişli olacaq. Yağışlı hava şəraiti payızlıq dənli bitkilərdə məhsulun yığım şəraitinə və digər əkinlərində, bağlarda aqrotexniki işlərin aparılmasında mühüm çətinliklər yaratmayacaq.Yalnız küləyin güclənməsi torpaqda olan məhsuldar rütubət ehtiyatının azalmasına səbəb olacaq və əkinlərin suvarılmasına ehtiyac yaradacaq.

OXŞAR XƏBƏRLƏR