Bu gün ölkədə havanın tepmeraturu nisbətən yüksələcək

Bu gün ölkədə havanın tepmeraturu nisbətən yüksələcək
Bütün Xəbərlər
09:22 19.12.2012
806

Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağıntılı, axşam bəzi yerlərdə duman olacağı gözlənilir.

Bu barədə məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.Məlumata görə, mülayim cənub küləyi əsəcək.Havanın temperaturu 4-8 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən şimal və şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturu gündüz 5-10 dərəcə isti, yüksək dağlıq ərazilərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.Hava şəraitinin qısa icmalına görə, dekabrın 19-dan 21-dək ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə 2-3 dərəcə yüksələcək.

OXŞAR XƏBƏRLƏR