Bu gün Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək
SİYASƏT
11:00 02.07.2013
1703
Bu gün Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək. Məlumata görə, iclasın gündəliyinə ümumilikdə 9 məsələ daxil edilib. Deputatlar əvvəl Azərbaycan Respublikası Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərinin təyin edilməsinə razılıq verəcəklər. İclasda Bakı, Gəncə, Sumqayıt, Şəki, Şirvan Apellyasiya məhkəmələrinin hakimlərinin təyin edilməsi məsələsinə də baxılacaq.