Bu gün Milli Mətbuat günüdür

Bu gün Milli Mətbuat günüdür
MEDİA
12:00 22.07.2012
1526
İyulun 22-si Azərbaycanda Milli Mətbuat günüdür. Mətbuat bayramının məhz bu gün qeyd olunması Azərbaycan xalqının ilk mətbu orqanı olan «Əkinçi» qəzetinin nəşrə başlaması tarixinə əsaslanır.  Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi böyük çətinliklərdən sonra 1875-ci il iyulun 22-də Bakıda ana dilində «Əkinçi» qəzetinin ilk sayını nəşr etdirə bilib. Bütün Qafqazda əks-səda doğuran «Əkinçi» qəzeti 1875-1877-ci illər ərzində nəşr edilib və cəmi 56 nömrəsi işıq üzü görüb. Ancaq bu qəzetin Azərbaycan mətbuatının formalaşmasında müstəsna əhəmiyyəti olduğu bildirilir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra prezidentinin sərəncamı ilə «Əkinçi» qəzetinin nəşrə başladığı gün – 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başlayıb. Hər ilin bu günü ölkədə rəsmi və qeyri rəsmi tədbirlər keçirilir, mətbuat işçiləri müxtəlif mükafatlarla təltif edilir.
OXŞAR XƏBƏRLƏR