Dünyanın bir sıra ölkələrində indi də qeyd edilən - 1 May Beynəlxalq Zəhmətkeşlərin Həmrəylik günündə populyar ifaçı Mina solo konsert proqramı ilə çıxış edəcək. Fərqliliyi ilə seçilən ifaçının ilk konserti də maraqlı bir günə təsadüf edəcək. Minanın “Hər şey istəyirəm” adlı konserti “Metkartinq” əyləncə mərkəzində baş tutacaq.
“Konsertimi zəhmətkeş insanlarnn bir zamanlar bayram kimi qeyd etdiyi tarixdə keçirməklə onlara bir daha bayram ab-havasını yaşatmaq istəyirəm. Klub və zəhmətkeş insan fikri bizdə qəribə görünə bilər. Ancaq bu, çox normaldır. Hər yaşda insan zəhmetkeş ola bilər. Onlara klub şəraitində də peşəkar musiqiyə qulaq asmaq imkanı yaratmaq istəyirəm”, - deyə Mina bildirib.