Bu gün Ümumdünya Malyariya Günüdür

Bu gün Ümumdünya Malyariya Günüdür
Bütün Xəbərlər
12:40 25.04.2013
1216

Bu gün 25 aprel – Ümumdünya Malyariya Günüdür.

AZXEBRER.COM-un məlumatına görə, Malyariya günü Ümumdünya Səhiyyə Assambleyası tərəfindən xəstəliyə nəzarət səylərinin artırılması məqsədi ilə 2007-ci ildə təsis edilib.Qeyd edək ki, malyariya insana anofeles cinsindən olan ağcaqanadlar vasitəsilə keçir. Ağcaqanad sağlam insanı sancdıqda parazit insanın qanına keçir və yoluxma baş verir.Halsızlıq, yüksək qızdırma, üşütmə, baş ağrıları ilə özünü büruzə verən xəstənin vəziyyətində sonradan ağırlaşmalar qeydə alınır. Lakin malyariya müalicə olunan xəstəlikdir və bu ölümlərin qarşısını almaq mümkündür.Hər il 250 milyon insan malyariyaya yoluxur.Problem 2009-cu ildə dünyada daha aktual olub və dünya əhalisinin yarısı, yəni 3,3 milyard insan malyariya təhlükəsi qarşısında qalıb.Azərbaycanda da malyariyaya görə yüksək endemik ərazilər ( Kür-Araz, Samur-Dəvəçi, Lənkəran ovalıqlarında və Naxçıvan MR) var. Vaxtilə əhali arasında tropik malyariyadan yüksək ölüm halları müşahidə edilib.Ancaq həyata keçirilən tədbirlər nəticəsində, 1960-cı ildən Azərbaycanda malyariyanın qarşısı alınıb. Ancaq xəstəliyin azalmasına baxmayaraq, kökü hələ də kəsilməyib. Xəstəliyə qarşı mübarizə tədbirləri hazırda da aparılır.Azərbaycan 2005-ci ildə Azərbaycan Daşkənd bəyannaməsinə qoşulmaqla malyariya problemi ilə mübarizəyə siyasi dəstəyini və tərəfdarlığını təsdiq edib.2008-ci ildə isə Azərbaycanda 2008-2013-cü illər üçün “Malyariyanın eliminasiyası üzrə Milli Strategiya Tədbirlər Planı” qəbul edilib.

OXŞAR XƏBƏRLƏR