Hafiz Hacıyev: ‘Əsas məqsəd də İlham Əliyevin son günlər apardığı uğurlu kadr siyasətini zəiflətməkdir’.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında İctimai Palatanın bu gün şəhərin mərkəzində təyin etdiyi icazəsiz aksiyaya münasibət bildirən Müasir Müsavat Partiyasının başqanı Hafiz Hacıyev söyləyib:
“Bu günlərdə Kərimov Əli ilə Qəmbərov İsa ABŞ-ın İnsan Haqları üzrə hansısa bir nümayəndəsi ilə görüşüblər. Bunlar həmişə xarici qüvvələrə işləyən adamlar olublar. Burada hakimiyyətdaxili qüvvələrin də marağı var. Həmin qüvvələr çalışırlar ki, aksiyalar keçirməklə İlham Əliyevə təzyiqlər göstərsinlər. Əsas məqsəd də İlham Əliyevin son günlər apardığı uğurlu kadr siyasətini zəiflətməkdir. Bilirsiniz ki, Kərimov Əli ilə Qəmbərov İsa bu yaxınlarda ermənilərlə də görüşdülər və müəyyən sifarişlər alıblar. Bu sifarişlər müəyyən xəttlər vasitəsi ilə mənə bəllidir. Mən sizin vasitənizlə Azərbaycan ictimaiyyətinə müraciət etmək istəyirəm. Qoy hamı bilsin ki, 2 nəfər satqının güdazına xalqı vermək olmaz. Biz bunların hakimiyyətində onların kim olduğunu görmüşük. Mən çox şey bilirəm. Onu da bilirəm ki, bu gün müxalifətin keçirəcəyi mitinqə görə İsaya 500-600 min veriblər. Bu adamların hamısı xaricə işləyirlər, xalqımızı satırlar”.
Əfsələddin Ağalarov