Bu gün Neftçilər Günüdür

Bu gün Neftçilər Günüdür
Bütün Xəbərlər
20:10 20.09.2011
1432
Bu gün Azərbaycan neftçiləri növbəti dəfə öz peşə bayramlarını – Neftçilər Gününü qeyd edirlər. Bu günün sentyabrın 20-də bayram edilməsi 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” dəniz neft və qaz yataqları blokunun kəşfiyyatı və istismarı üzrə bağlanmış “Əsrin müqaviləsi”nin imzalanması vaxtına uyğunlaşdırılıb.Bu müqavilənin imzalanması Azərbaycanın neft-qaz sahəsinin dirçəlişinin başlanğıcıdır. Nəticədə, neft-qaz sahəsinin aktiv inkişafı respublika həyatının bütün sahələrinin artımına gətirib çıxardı.Bu müqaviləni haqlı olaraq ümummilli lider Heydər Əliyevin banisi olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edən və Azərbaycanı dünyanın neft ixracatçılarından birinə çevirən özül hesab etmək olar.Bu il daha bir əlamətdar gün – neft ölkəsi mövqeyi ilə yanaşı, böyük qaz ehtiyatlarına malik bir ölkə kimi Azərbaycanın statusunu möhkəmləndirən “Şahdəniz” iri qaz-kondensat yatağının kəşfinin 15 illiyi də qeyd olunur. Bu status ötən il Xəzər dənizində “Ümid” qaz-kondensat yatağının, həmçinin bu yaxınlarda “Abşeron” yatağında iri qaz ehtiyatlarının kəşf edilməsi ilə təsdiq edilib.Azərbaycan bundan sonra da qaz ölkəsi kimi öz mövqelərini möhkəmləndirmək niyyətindədir. Bu baxımdan Almaniyanın RWE şirkəti ilə birgə “Babək”, “Şəfəq-Asiman”, “Naxçıvan” perspektiv strukturlarının kəşfiyyatı və istismarı planları mövcuddur.Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) dünya enerji bazarının aktiv iştirakçısına çevrilir. ARDNŞ-nin bölmələri neft ticarəti, həmçinin neft məhsullarının distribusiyası sahəsində öz yerini tutmaq üçün fəal işlər görür. Xüsusilə də hazırda ARDNŞ-nin Azərbaycan, Gürcüstan, Ukraynada yanacaqdoldurma məntəqələri var, eyni zamanda, Rumıniya və İsveçrədə YDM-lərin açılması üçün iş aparılır.İri regional layihələrdə iştirak üçün fəal işlər görülür. Xüsusilə, ARDNŞ “Pektim” iri neft-kimya kompleksində iştirak payına malikdir, bu kompleksin xammala olan ehtiyacını ödəmək məqsədilə Türkiyədə neft emalı zavodunun tikintisi ilə bağlı planları var. Həmçinin, ARDNŞ Odessa-Brodı-Plosk-Qdansk neft kəmərinin tikintisi layihəsinin iştirakçısıdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
05:19 05.04.2026
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
03:38 05.04.2026
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib