Bu gün növbəti əfv sərəncamı imzalanacaq - AÇIQLAMA

Bu gün növbəti əfv sərəncamı imzalanacaq -  AÇIQLAMA
Bütün Xəbərlər
15:40 29.12.2014
948
Prezident Yanında Əfv Komissiyasının iclası keçirilib. Komissiya tərəfindən daxil olan müraciətlər araşdırılıb. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramları ərəfəsində növbəti əfv fərmanının imzalanacağı gözləniilir.
Əfv Komissiyanın üzvü millət vəkili Məlahət Həsənova AZXEBER.COM-a bildirib ki, komissiya üzvləri tərəfindən daxil olan müraciətlər araşdırılıb: “20 ildən çoxdur ki, ölkədə əfv komissiyası fəaliyyət göstərir. Komissiya daimi olaraq il boyu fəaliyyət göstərir. Qurumun əsas mahiyyəti məhkumlara humanist siyasətini tətbiq etmək istiqamətində çalışmaqdır. İmzalanan əvf fərmanları insanlara ən şirin nemət olan azadlığı bəxş edir. İl ərzində komissiyaya məhkumlar, onların ailə üzvləri, yaxınları tərəfindən müraciətər daxil olur və bu müraciətlər araşdırılır. Məhkumlarla bağlı bütün məsələlər araşdırılıb başa çatandan sonra komissiya tərəfindən hazırlanan sənəd dövlət başçısına təqdim edilir. Fərmanın nə zaman imzalanacağı isə prezidentin səlahiyyətində olan məsələdir”.
Orxan
OXŞAR XƏBƏRLƏR