Bu gün Azərbaycanda Radio və Televiziya İşçilərinin peşə bayramıdır.Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da fəaliyyətə başlayıb. Həmin vaxtdan hər ilin noyabrın 6-sı radio işçilərinin peşə bayramı kimi qeyd olunur. Bu tarix Azərbaycan Televiziyası yaranandan sonra teleradionun yaranma günü kimi də keçirilməyə başlanılıb.