Bu gün Prezidentin kiçik qızı Arzu Əliyevanın toyu olacaq -Fotosessiya

MARAQLI
14:03 03.09.2011
11643

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyeva ailə həyatı quracaq. Arzunun nişanlısı Səməd Qurbanovu işgüzar dairələrdə yaxşı tanıyırlar. O, Rusiyada iş adamı kimi fəaliyyət göstərir. Səmədin atası Aydın Qurbanov həm ictimai, həm də xeyriyyə fəaliyyəti ilə məşğul olub. Məsələn, Ümumrusiya Azərbaycanlıları Konqresinin yaranması ideyası ona məxsusdur, onu həm də xeyriyəçi kimi tanıyırlar. Həyat yoldaşı İrina Pomelovanın sözlərinə görə, Bakıdakı pravoslav məbədi məhz onun vəsaiti hesabına bərpa olunub. Rusiyanın ən zəngin azərbaycanlılarından olan Aydın Qurbanov Lüksemburqun "Evraz" Şirkətlər Qrupunda, Nijnı Taqil, Qərbi Sibir və Kuznetsk metallurgiya kombinatlarında pay sahibi idi. Səmədin atası vəfat edəndən sonra ailə başçısının biznes fəaliyyətini Aydın Qurbanovun həyat yoldaşı İrina Pomelova davam etdirib. Məsələn, onun həmsahib kimi fəaliyyət göstərdiyi «Koros» Şirkətlər Qrupuna iri meşə şirkətindən əlavə 3 plastmass zavodu daxildir. Bu şirkətin gəliri ötən il 100 milyonlarla dollar təşkil edib. Səməd özü də işgüzar dairələrdə uğurlu biznesmen kimi tanınır. Arzu Əliyeva isə 1989-cu il yanvarın 23-də Bakıda anadan olub, Azərbaycanda xeyriyyəçilik və başqa humanitar fəaliyyət növü ilə məşğul olub. Heydər Əliyev Fondunun tədbirləri çərçivəsində bir neçə vətənpərvər layihələrin həyata keçirilməsində fəal iştirak edib. Rus, ingilis, fransız və ispan dillərində sərbəst danışır. Cütlüyün toy mərasimini Bakıda açıq havada, Xəzərin sahilində keçirmək nəzərdə tutulur. Mərasimə dünyanın tanınmış ictimai-siyasi xadimləri dəvət olunub. Tədbirin konsert proqramında isə məşhur mədəniyyət və incəsənət ustalarının çıxışı nəzərdə tutulur.

Allah xoşbəxt eləsin.

Fotolar Arzu Əliyevanin Facebook-dakı VİP səhifəsindən götürülüb

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu

16:16 12.02.2025

İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

16:09 12.02.2025

Depressiyanın yaratdığı ağır xəstəlik - Anhedoniya nədir?

16:05 12.02.2025

Sisianovun başını kəsən Bakı xanının nəticəsi ilk dəfə danışdı: Bu gün babamın ruhu şaddır

15:57 12.02.2025

Övladını çöpçüyə aparan valideynlərə ÇAĞIRIŞ

15:53 12.02.2025

Məşhur rusiyalı pianoçu Yevgeni Qrinko Türkiyə turnesinə çıxır

15:46 12.02.2025

Abşeron rayonunda şəhidlərimiz yad edildi - FOTOLAR