Bu gün yazıçı, kinossenarist, prodüser, kinorejissor, ssenarist, kinodramaturq, Azərbaycanın xalq yazıçısı, Azərbaycanın və Rusiyanın əməkdar incəsənət xadimi. Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbəri, Oskar mükafatı laureatı Rüstəm İbrahimbəyovun doğum günüdür. AZXEBER.COM-un məlumatına görə, Rüstəm İbrahimbəyov 1939-cu fevralın 5-də Bakıda, Məhəmməd İbrahimbəyov və Fatimə Məşədibəyovanın ailəsində anadan olmuşdur. O həm Azərbaycanda, həm keçmiş postsovet məkanında, həm də bütün dünyada peşəkar ssenarist, dramaturq və rejissor kimi tanınır.Rüstəm İbrahimbəyov Azərbaycan Neft və Kimya İnsitutunu bitirmiş, sonralar Moskvada S.A. Gerasimov adına Rusiya Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnib. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib. 1999-cu ildə İbrahimbəyovun Sergey Bodrovla birgə ssenarisini yazdığı Fransız direktivi Régis Wargnier olan "Şərq-Qərb" filmi "Oskar" mükafatına layiq görülübRüstəm İbrahimbəyov 10-dan artıq teatr tamaşasının ssenari müəllifidir. Onun ssenarisi əsasında çəkilmiş "Səhranın Bəyaz Günəşi" filmi bir vaxtlar keçmiş SSRİdə ən çox baxılan film olub.