Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli 23 fevral 1911-ci ildə Şuşada anadan olub.
AZXEBER.COM-un məlumatına görə, 1927-1932-ci illərdə Dövlət Konservatoriyasında təhsil alıb. Azərbaycan Dövlət Dram Teatrında rejissor assistenti və rejissor (1932-1942), Musiqili Komediya Teatrında bədii rəhbər və direktor, Filarmoniyanın bədii rəhbəri və direktoru olub (1974-1976). 1976-cı ildən Teatr Cəmiyyətinin sədri olub. Dram teatrında "Ölülər", Оpera və Balet Teatrında "Kоrоğlu", "Əsli və Kərəm", "Sevilya bərbəri", Musiqili Kоmediya Teatrında "Gözün aydın", "Durna", "Arşın mal alan", "Hicran" əsərlərinə quruluş verib. 1957-ci ildə Türkmənistan Оpera və Balet Teatrında "Kоrоğlu" оperasını tamaşaya qоyub. Xalq artisti Şəmsi Bədəlbəyli 23 may 1986-cı ildə vəfat edib.
Gülnarə Bayramova