Seçkiqabağı təşviqat kampaniyası başa çatdı.
Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar oktyabrın 31-i “sükut günü”dür.
Oxu.Az xəbər verir ki, Milli Məclisə noyabrın 1-nə təyin olunmuş seçkilərdə namizədlərin seçkiqabağı təşviqat kampaniyası aparması üçün ayrılan vaxt bu gün saat 8.00-da başa çatıb.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.