"Bu gün tənqid edən, sabah öpüb-qucaqlayır" – Kamran Ağayev

"Bu gün tənqid edən, sabah öpüb-qucaqlayır" – Kamran Ağayev
İDMAN
11:40 22.10.2018
2425

"Keşlə”nin qapıçısı Kamran Ağayev Topaz Premyer Liqada 8-ci turunda "Zirə”ni öz meydanında 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, ilk olaraq qələbəni şərh edib:

- Ümumiyyətlə, asan heç nə olmur. İlk hissədə bizim də qol epizodlarımız oldu, ancaq  yararlana bilmədik. Qolu vurduqdan sonra da əks-hücumlarda bir neçə dəfə yaxşı imkanlarımız oldu. Onlardan da istifadə edə bilərdik. Çalışmaq lazımdır. Turnir cədvəlinin sonuncu pilləsində olduğumuz üçün komandanın üzərində təzyiq var idi. Son bir neçə oyundur ki, məğlub olurduq. Bu qələbə bizə lazım idi. Çətin də olsa, 3 xal qazandıq.

- Milli komandaların oyunlarına görə çempionatda yaranan fasilə "Keşlə”yə kömək oldu?

- Baş məşqçimiz Avrokubok oyunlarından sonra gəldi. Düşünürəm ki, çalışmaq lazımdır. Çalışsaq, nəticə əldə edəcəyik.

- Millimizin Farer adaları və Malta ilə keçirdiyi oyunlardan sonra tənqid olunan futbolçulardan biri də siz idiniz.Bu barədə nə düşünürsünüz?

- Futboldan başınız çıxır da, sizin? Qol buraxdığımız epizodu xatırlayırsınız? Çıxışda səhv etməmişdim, sadəcə, Rüfət Dadaşov əlini mənə söykədi deyə top başımın üstündən getdi, tuta bilmədim. Qol buraxandan sonra da qışqırdım, elə bildim ki, rəqib hücumçunun əlidir. Daha sonra bildim ki, bizim futbolçudur. İkinci epizodda da topu tutdum, daha sonra ayağım sürüşdü. Azarkeşlər çox şey yaza bilər. Onlar əks komandanın oyunçusunu əsas heyətdə görmək istəmirlər deyə elə yazırlar. Bu gün "Zirə”nin azarkeşi yazacaq ki, Anar Nəzirov qapıda dursun. Mən demirəm yaxşı oynadım, əlbəttə, zəif oynadım. Amma 4 oyunda 2 qol buraxmışıq, birini də penaltidən vurublar. Heç kimə ixtiyar vermirəm, məni ələ salsın. Çox tənqidlər olub. Bu gün tənqid edən, sabah öpüb-qucaqlayır. Belə şeylərə alışmışıq.

- Bu gün özünüzü yaxşı tərəfdən göstərdiniz. Bugünkü oyununuzla tənqid edənlərə cavab verdiyinizi düşünürsünüz?

- Niyə belə olur, bilirsiniz? Əslində, millinin oyunlarında qapıda pis dayanmamışdım. Çünki xalqın gözündə o qədər oyunlar oynamışam ki, hamı məndən ən yaxşısını gözləyir. Normal oyun oynayanda da tənqidə başlayırlar. Səhvsiz insan yoxdur. Bu oyun deyil ki, kimsə kənardan məni idarə etsin. Səhv ola bilər.

-Sizcə "Keşlə” layiqli qələbə qazandı?

- Asan qələbə olmur. Elə vaxt olur ki, güclü komandalar gözlənilmədən məğlub olur. Ötən turda "Real” da məğlub olmuşdu. Yəni, qol vurursan, müdafiə olunursan. Bu, o demək deyil ki, qələbəyə layiq deyilik. Oyun zamanı hesab bərabərləşsəydi, başqa cür oynayacağdıq.


 

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ və Sudan münaqişəyə son qoymağın yollarını müzakirə ediblər
08:08 06.10.2026
ABŞ və Sudan münaqişəyə son qoymağın yollarını müzakirə ediblər
Yunanıstan və ABŞ Rubio-nun Afina səfəri zamanı üç sənəd imzalayacaq
07:58 06.10.2026
Yunanıstan və ABŞ Rubio-nun Afina səfəri zamanı üç sənəd imzalayacaq
Nikolas Maduronun həyat yoldaşının ürək əməliyyatına ehtiyacı olduğu bildirilir
07:50 06.10.2026
Nikolas Maduronun həyat yoldaşının ürək əməliyyatına ehtiyacı olduğu bildirilir
Paytaxtın bu ərazilərində işıq olmayacaq
07:40 06.10.2026
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Fransada etiraz aksiyalarında xəsarət alan məktəblilərin sayı 190-a çatdı
07:36 06.10.2026
Fransada etiraz aksiyalarında xəsarət alan məktəblilərin sayı 190-a çatdı
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərə qarşı əməliyyat keçirib
07:23 06.10.2026
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərə qarşı əməliyyat keçirib
Gündə iki dilim demensiya riskini artıra bilər - Alimlər təhlükəli qidanı açıqladı
07:11 06.10.2026
Gündə iki dilim demensiya riskini artıra bilər - Alimlər təhlükəli qidanı açıqladı
Şokolad və qozdan daha çox maqnezium ehtiva edir: Bu toxumu rasionunuza əlavə edin
07:00 06.10.2026
Şokolad və qozdan daha çox maqnezium ehtiva edir: Bu toxumu rasionunuza əlavə edin
Ukrayna deputatı Rusiya ilə güzəştli danışıqlar çağırışıyla əlaqədar partiyasından qovulub
06:48 06.10.2026
Ukrayna deputatı Rusiya ilə güzəştli danışıqlar çağırışıyla əlaqədar partiyasından qovulub
Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər
06:36 06.10.2026
Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər
Telefon nömrəniz sizin haqqınızda nə deyir? - Hesablama qaydası
06:23 06.10.2026
Telefon nömrəniz sizin haqqınızda nə deyir? - Hesablama qaydası
Müğənni həbsxanaya göndərildi
06:11 06.10.2026
Müğənni həbsxanaya göndərildi
Nyu-Yorkda qızılca epidemiyasına görə fövqəladə vəziyyət elan edilib
06:00 06.10.2026
Nyu-Yorkda qızılca epidemiyasına görə fövqəladə vəziyyət elan edilib
Zelenski: Hava hücumundan müdafiə gücümüzü hər gün artırırıq
05:48 06.10.2026
Zelenski: Hava hücumundan müdafiə gücümüzü hər gün artırırıq
Bu 4 bürcün bəxti həmişə gətirir
05:36 06.10.2026
Bu 4 bürcün bəxti həmişə gətirir
Doğum tarixinizə görə 2027-ci il sizin üçün belə keçəcək
05:23 06.10.2026
Doğum tarixinizə görə 2027-ci il sizin üçün belə keçəcək