Bu gün üç rayonda qaz olmayacaq

Bu gün üç rayonda qaz olmayacaq
Bütün Xəbərlər
13:38 13.05.2015
1375
“Azəriqaz” İB məlumat yaydı.
Bu gün Bakının Xəzər və Binəqədi, həmçinin Abşeron rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu barədə AZXEBER.COM-a “Azəriqaz” İB-dən məlumat verilib.
Məhdudiyyətin yaranmasına səbəb tikinti sahəsinə düşən qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməklə yerinin dəyişdirilməsi və yeni çəkilmiş qaz xətlərinin mövcud mənbəyə birləşdirilməsi ilə əlaqədardır.
Beləliklə, bu gün saat 10:00-dan işlər başa çatanadək Xəzər rayonunun Qala və Şüvalan, Abşeron rayonunun Novxanı və Binəqədi rayonunun Biləcəri qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.
OXŞAR XƏBƏRLƏR