Magistral su xətlərinin yeri dəyişdirilir.
Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi layihəsi çərçivəsində ərazidən keçən magistral su xətlərinin yeri dəyişdirilir.
Bununla əlaqədar avqustun 2-i gün ərzində Abşeron rayonunun Bağlar massivinə, həmçinin Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.