Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib. Məlumata görə, şimal-şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 19-24, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturunun 30-35, dağlarda 18-23 isti olacağı gözlənilir.Aqrometeoroloji şərhə görə, iyulun 27-si gündüz, 28-də respublika ərazisində nisbətən isti və əsasən yağmursuz hava şəraiti davam edəcək, yalnız bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağışların düşməsi ehtimal edilir.Yay dövrü üçün münasib olan normal isti temperatur rejimi kənd təsərrüfatı bitkilərinin boy atması, inkişafı və məhsulun yetişməsi üçün əlverişli olacaq,.Gözlənilən hava şəraiti tarlalarda və bağlarda aqrotexniki işlərin görülməsi və bağ-bostanlarda məhsulun yığımı üçün əlverişli olacaq.