Bu gün dahi bəstəkar Üzeyir Hacıbəyovun 126 illiyidir. Bu münasibətlə Azərbaycanda Milli Musiqi Günü qeyd edilir. Ənənənin ilk təşəbbüskari maestro Niyazi olub. Üzeyir Hacıbəyovun vəfatından sonra Niyazi hər il bu günü qeyd edirmiş. 1995-ci ildə isə prezident Heydər Əliyev Üzeyir Hacıbəyovun anadan olmasının 110 illik yubileyi ərəfəsində həmin günün Milli Musiqi Günü kimi qeyd olunması barədə sərəncam imzalayaraq, bu ənənəni rəsmiləşdirib.