Bu gündən etibarən bütün ölkə üzrə yaşı 18-dən yuxarı vətəndaşlar vaksinasiyaya qatıla bilər.
AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib.
Onun sözlərinə görə, cəmiyyət məsuliyyətlilik prinsipinə uyğun olaraq hamılıqla vaksinasiyaya qatılmalıdır:
"Hər bir vətəndaşı vaksin olunmağa çağırıram".