Bu gündən Bakı metrolarından birinin girişi bağlanır

Bu gündən Bakı metrolarından birinin girişi bağlanır
Bütün Xəbərlər
08:02 21.01.2013
1087
Bu gündən "28 May" stansiyasının əsas girişi təmirə bağlanır.AZXEBER.COM-un metropolitenin rəsmi saytına istinadla verdiyi məlumata görə, rekonstruksiya işləri ilə əlaqədar, təmir işləri başa çatdırılana qədər, "28 May" stansiyasının əsas girişi (Cəfər Cabbarlı meydanı) bu gün səhər saat 06:00-dan etibarən bağlanacaq.Sərnişinlər bu müddət ərzində "28 May" stansiyasının ikinci girişindən (Salatın Əsgərova küçəsi) və "Cəfər Cabbarlı" stansiyasının girişindən ("28 May" stansiyasının əsas giriş-çıxışı ilə üzbəüz) istifadə edə bilərlər.Sərnişinlərin nəzərinə çatdırırıq ki, təmir yalnız giriş hissədə aparılacağından "28 May" stansiyasından sərnişinlərin çıxışı dəyişməz olaraq qalacaq və həmişəki kimi bütün istiqamətlərdə, o cümlədən əsas çıxışdan da mümkün olacaq.
OXŞAR XƏBƏRLƏR