Bu gündən Bakının mərkəzində yollar bağlanır - SİYAHI
Bütün Xəbərlər
08:14 24.10.2012
1402
Bakıda keçiriləcək GT-3 kateqoriyalı “Formula 1” şou-proqramı - avtomobil yarışının hərəkət marşrutu üzrə kəsişən küçə və yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov ANS PRESS-ə bildirib ki, oktyabrın 24-də tədbirin hazırlığı, sonrakı günlərdə rəsmi paradla açılışı ərazidə məşqlər, kvalifikasiya işlərinin aparılması, avtomobillərin start və finişi oktyabrın 28-dək davam edəcək.10 ölkə komandası və dünyanın ən məşhur avtomobil brendlərindən olan Lamborgini, Mazeratti, Ferarri, Mercedes, Porsche və s. markalı 35 avtomobil 14 döngə və 2200 metrlik yürüş zolağı boyunca hərəkət edəcək. Yarışın dünyanın 32 ölkəsində 65 televiziya kanalı vasitəsi ilə birbaşa yayımlanması nəzərdə tutulub.Bu məqsədlə tədbirin təhlükəsizliyinin tam təmin edilməsi üçün İdarə əhalinin və avtomoil sürücülərinin nəzərinə çatdırır ki, 24 oktyabr saat 07:30-dan oktyabrın 29-na kimi - tədbir tam başa çatana qədər paytaxtın yürüş zolağı kimi nəzərdə tutulmuş Azadlıq meydanı, Zorgi, Puşkin, Ü.Hacıbəyov, Z.Əliyeva, R.Behbudov küçələri, Azadlıq, Neftçilər prospektləri istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.