'Bu günə qədər hər bayramda onun mobil nömrəsini yığıram' - MÜSAHİBƏ

Bütün Xəbərlər
18:14 19.04.2012
5998
AZXEBER.COM portalı Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin “Qafqazinfo.az”a müsahibəsini təqdim edir...
- Siyasətdəki mövqeyiniz, fikirləriniz, deyəcəkləriniz artıq hər kəsə bəllidir. Odur ki, bu dəfə sizi oxuculara tam fərqli bir rakursdan təqdim etməyə çalışacağıq. Yəqin etiraz etməzsiniz- Qətiyyən. Hətta deyim ki, mən elə bəzən özüm də siyasi söhbətlərə ara vermək üçün bəhanə axtarıram.- O zaman ilk olaraq təhsilinizlə bağlı qısa məlumat alaq.- Bakı Dövlət Universitetinin məzunuyam. Beynəlxalq hüquq ixtisası üzrə hər iki pilləni(bakalavr və magistr) fərqlənmə diplomu ilə bitirmişəm. Oxuduğum təhsil ocağı və müəllimlərimlə də hər zaman qürur duymuşam. Çünki həyatımın ən dəyərli, ən gözəl anları tələbəlik illərinə təsadüf edib.- Avropada təhsil almanız haqqda da eşitmişdik amma…- Yalan söhbətdir.- Hüquqşünas kimi hər hansı bir fəaliyyətiniz olubmu heç?- Az da olsa hə. 1999-cu ildə Respublika Baş Prokurorluğunun Beynəlxalq şöbəsində iş fəaliyyətinə başladım. Amma çox çalışa bilmədim. Çünki qapalı mühitdə sıxılırdım. Həm prokurorluğun aorası, həm oradakı insanlar məni sıxırdı. Və deyim ki, təbiətən də azadlığı, məmur tabeçiliyindən uzaq bir həyatı sevən biriyəm. Bir dəfə yaşadığımın fərqindəyəm. Elə bu səbəbdən özümü aid bildiyim işlə məşğul olmağı qərara aldım. Beləcə çərçivədən çıxdım. Bundan sonra da peşəkar iş həyatımda müxtəlif səbəblər oldu ki, hüquqşünas karyeramı əngəlləmək məcburiyyətində qalım. Çünki siyasəti, meydanı, tribunanı sevirdim, özümü buna hazır hesab edirdim. Elə Prokurorluqdakı işimdən imtina etməm də eyni və oxşar səbəblərlə bağlı idi. Beləcə ordan ayrıldım. Həm də öz ərizəmlə.- Vəssalam?- Yox. Daha sonra 2001-ci ildə Ədliyyə orqanlarında da qısa bir iş fəaliyyətim oldu. Amma deyim ki, ora Prokurorluqdan da maraqaız idi. Həmin nazirlikdə ”Məhkəmə nəzarətçiləri və icraçıları” adlanan bir şöbə var. 20 yaşımda həmin şöbədə nəzarətçi işində çalışdım. Həm də düz iki il. Həyatımın ən önəmsiz illərini həmin dönəmə aid edirəm. Türmədə yatsaydım ondan yaxşı idi. Hər zaman söyləmişəm, bu gün də söyləyirəm: Ədliyyə nazirliyinin tək üstünlüyü Fikrət müəllim kimi ləyaqətli və dövlətçiliyə sadiq bir insanın ora rəhbərlik etməsidir. Vəssalam. Başqa o orqanda mənim şəxsən tanıdığım bircə nəfər də yoxdur ki haqqında müsbət fikir söyləyə bilim.- Amma Milli Məclisdəki indiki işiniz də hüquqi fəaliyyətlə birbaşa bağlıdır.- Nəzəri cəhətədən elədir. Amma mən əməkdaşı olduğum komitənin sədri Əli Hüseynliyə də dəfələrlə söyləmişəm ki, həmin komitədə bir hüquqşünas kimi xüsusi yarar daşımadığımın fərqindəyəm. Və sizə deyim ki, mənim Milli Məclisə işə qəbul olunmağımın da maraqlı tarixcəsi var. Demək 2009-cu il idi. Referendum öncəsi təşviqat qrupları yaradılırdı. Həm iqtidar, həm də müxalifət tərəfdən. Yəqin xatırlarsınız, həmin mərhələdə ən uğurlu və diqqət çəkən qruplardan biri də məhz “Hüquq və demokratiya”-oldu. Hansı ki, mən də o tərkibdə idim və hətta canlı debatların birində iştirak da etdim. Hələ bu proseslərdən öncə, Əli Hüseynli mənə həmin qrupun tərkibində təmsil olunmaq dəvəti ilə bərabər iş dəvəti də göndərmişdi. Referendumla bağlı iştiraka razılıq versəm də, iş məsələsi ilə bağlı bir az tərəddüdlərim vardı. Amma sonunda 1 aylıq fasilədən sonra işləmək qərarına gəldim.- Milli Məclisdə tanınmış siyasətçi, partiya sədri kimi xüsusi bir imtiyazınız varmı?- Deməzdim.- Bəs görəsən deputatlığa ən şanslı namizədlərdən biri olmuş Elşən Musayevin parlamentdə hər gün millət vəkilləri ilə üz-üzə gəlməsi onun üçün hansı asosasiyanı yaradır?- Mən realistəm. Parlamentdə deyiləmsə bunun günahkarı da, səbəbkarı da bütün hallarda özüməm. Bu və ya digər şəkildə. Amma deyim ki, ən rahat üz üzə gəldiyim millət vəkili də elə öz dairəmizdən seçilən Ülvi Quliyevdir. Onunla seçkiyə rəqib kimi girib, qardaş kimi ayrıldım. Düzdür, seçki ərəfəsində bir az gərginlik oldu, mətbuatda bəzi anlaşılmazlıqlar yaşandı. Amma sonuc olaraq seçkini uduzsam da, bu günə qədər həyatımda rastladığım ən ləyaqətli insanlardan birini qazandım. Və o insan bəlkə də mənim millət vəkilliyində, mandatda gözümün qalmamasının tək səbəbkarıdır.- Lütfən tam səmimi deyin, içinizdə bir vəzifəpərəstlik varmı? Məsələn ürəyinizdən heç keçibmi ki, tutaq hansısa vəzifədə kaş filankəs yox mən olaydım?- Məncə bu suala kimsə səmimi cavab verməz, verə bilməz. O cümlədən də mən. Amma sizə tam əminliklə bir həqiqəti deyə bilərəm ki, vəzifə, yüksək status, mövqe mənim həyat amallarımın önündə getmir. Bundan çox-çox daha böyük dəyərlərlə yaşayan biriyəm. O dediyiniz məsələ, fikrimin, arzumun yanında gedə bilər, amma önündə əsla. Hətta bu yaxınlarda mətbuat duy vurdu ki, guya təhsil nazizirnin müavini gedirəm və s. Hətta kimin yerinə gedəcəymlə də bağlı maraqlı fantaizyalar uydurmuşdular. Amma inanın, bunu oxuyandan sonra yazılan, deyilən uydurmanın gerçək olmasını ən az arzu edənlərdən biri mən oldum. Çünki, əgər hər hansı bir yetkin insanın həyatda edə bildiyi ən böyük arzu nazir müavini olmaqdırsa, o adam sözün əsl mənasında bədbəxtdir. Hətta bədbəxtdən də ötədir. Ayrıca, Misir Mərdanovla çalışmaq mənim arzularımın ən sonuncu sırasındadır. Və bu sözüm ağıllara başqa fikir gətirməsin. Sadəcə cənab nazirlə müqayisədə məsələlərə fərqli yanaşma tərzimin olduğunu düşünürəm. Bir ziyalı kimi isə Misir müəllimə hörmətim böyükdür.- İstiqaməti bir az dəyişək: Asudə vaxtınızı necə keçirirsiniz?- Müxtəlif şəkildə. Məsələn, dostlarımla çay da içə bilərəm. İdman da edə bilərəm. Ailəmlə gəzintiyə də çıxa bilərəm və s.- Deyirlər yaxşı futbol oynayırsız.- Deyirlərsə demək ki, ortada bir həqiqət payı var. Amma mən böyük tenisi bütün idman növlərindən daha gözəl bacarıram. Çünki həmin növlə bir zamanlar peşəkar səviyyədə məşğul olmuşam.- Milli futbolumuzu, klubların oyununu necə, izləyirsinizmi?- Arada-sırada. Bircə onu deyə bilərəm ki, bizim futbolçular meydanda bəzi siyasətçilərimiz kimi oynayırlar. Arada olan tək fərqsə odur ki, futbolçular bəlli yaş dövründə taleyi və sənəti ilə barışmalı olurlar. Amma siyasətçilər...Nə isə, siyasətə yaxınlaşmayaq bu gün.- Musiqi ilə aranız necədir?- Əla. Hətta əladan da ötə. Musiqi mənim üçün qidadır.- Ən çox dinlədikləriniz kimdir?- Brilliant Dadaşova, Aybəniz Haşımova, Alim Qasımov, Abbas Bağırov və s.- Məclislərdə diqqət cəlb etməyi sevirsinizmi?- Məclislərdə çox az oluram. Ələxsus da toy məclislərində. Qələbəliyi, çoxluğu, səs-küyü sevən biri deyiləm. Amma bəzən çağırılan yerə qəsdən getmirəm. Çünki, bir dəfə hansısa işıqforda rastlaşdığın birinin səni toya çağırması anormallıqdır. Hər salam verdiyinə dəvətnamə vermək olmaz azı. Bax belə olduğunda məclisə dəqiq getmirəm. Həm də son zamanlar, restoranların aorasındandır yoxsa akkustik zəifliyindəndir nədir bilmirəm, həcmli bir məclisə girən kimi baş ağrısı yaranır məndə. Ən çox da bu səbəbdən rahatlığımın qeydinə qalmağa məcburam. Amma musiqinin gözəl olduğu məclisdə bütün bu söylədiklərim keçərli deyil. Çünki, səviyyəli musiqini çox sevirəm.- Yəqin ailəlisiniz.- Bəli, 6 yaşında bir qızım da var. İnşallah qismət olsa bu il birinci sinifə gedəcək. Elə neçə gündür evdən mənə edilən tək xatırlatma da odur ki, uşağın məktəb məsələsini həll et. Hər dəfəsində də unuduram. Bir-iki dəfə də belə səhlənkarlıq olsa güman ki, daha evə buraxmayacaqlar məni ( ürəkdən gülür)- Siyasətçilərin adətən çoxu zərərli vərdişlərə: siqaretə, içkiyə meylli olur. Sizdə necədir vəziyyət?- İçki ümumiyyətlə içmirəm. Siqareti isə 4 aydır tərgitmişəm. Görək hara qədər gedir.- Namaz qılırsız?- Namaz qılmıram, amma neçə ildir mütəmadi oruc tuturam.- Həyatdakı ruh halınız necədir? Siyasətdəki kimi aqressiv, yoxsa daha fərqli?- Həyatda son dərəcə sakit biriyəm. Məncə, məni yaxından tanıyan hər kimə bu sualı versəniz eyni cavabı alarsız.- Sərt yazılarınnız evdə necə qarşılarnır?- Tam səmimi deyim-çox pis!. Ailəm məni heç bir zaman siyasətçi qismində görmək istəməyib. Heç atam da sağlığında bu məsələyə müsbət yanaşmayıb. Amma bütün hallarda yaşadığım həyat mənimdir. Ətrafımda olan hər kəs də məni fikrimdən döndərməyin mümkün olmayacağının fərqinə varıb taleləri ilə barışıblar- Yeri gəlmişkən atanız da Azərbaycanın tanınmış ziyalılarından olub.- Atam, Məmmədhənifə Musayev bu ölkənin ən sayılıb-seçilən ziyalılarından olub. Bütün ömrünü şərəfi ilə yaşayıb və mən hələ qarşıma çıxan elə bir insan tanımıram ki atam haqqında mənfi bir şey söyləsin. Bu məni son dərəcə qürurlandırır.- Neçə yaşında itirmisiz atanızı?- 24 yaşımda. Həm də taleyimin ən həssas bir məqamında. Qarşıdan gələn parlament seçkilərinə hazırlaşırdım. Ədliyyə Nazirliyindəki işimdən də ayrılmışdım. Üstəgəl ailəli idim. Və, hər şey o qədər anidən baş verdi ki...Məncə bir övlad üçün atanın ölüm xəbərini almaqdan böyük travma ola bilməz. Həm də tamamən yalnızkən. O mənada yalnız ki…atamın ən dəyər verdiyi dostlar ortadan qeyb oldular. Anidən və qəfildən! Əlindən tutub qaldırdığı, vəzifə sahibi etdiyi, daha nə bilim, millət vəkili olan, hökümətdə təmsil olunan dostları onun ölümündən keçən ərəfədə bir dəfə də olsun ailəmizlə maraqlanmadılar.Nə isə…bu mənim üçün son dərəcə ağrılı mövzudur. Və deyim ki, mən hələ də onun ölümünü həzm etmiş durumda deyiləm. Bu günə qədər də hər uğurumda, hər sevincimdə, hər bayramda onun mobil nömrəsini yığıram. Elə bilirəm dəstəyi götürəcək…- Neçə yaşınız var?- 32- Özünüzü gənc hesab edirsiniz?- Ən azından ağsaqqal hesab etmirəm- “Facebook”dakı statuslarınızın birində “Yağış”şerinizə rastlamışdım. Maraqlı idi. Deyəsən arada cızma-qaralar da olur- Son şeri 2001-də yazmışam. Sizin oxuduğunuz da həmin dönəmin məhsuludur. Amma kimsə mənə şair desə, məncə bu əsl şairlərə təhqir olar.Bu yaxınlarda Həmid Herişçinin bir şerini oxudum və bu günə qədər yazdığım şerlərdən dolayı gerçəkdən çox utandım(gülür)- Həyatda müxalifətçi dostlarınız varmı?- İqtidarı bəyənməyənlər var, amma qatı müxalif olanlar yoxdur.- Bəs özünüzün necə, bir gün müxalifətdə olma perspektivini ehtimal kimi də olsa nəzərdən keçirdinizmi heç ?- İnanın mənə, bizim elə rəqiblərimiz var ki, həftənin bazar ertəsi hakimiyyəti təhvil versək, şənbə günü qayıdıb yenidən gələrik.- Yenə döndük siyasətə.- O zaman müsahibəni bitirək…
OXŞAR XƏBƏRLƏR