Bu həftə bürcləri nələr gözləyir? - Astroloji proqnoz

Bu həftə bürcləri nələr gözləyir? - Astroloji proqnoz
MARAQLI
12:06 24.08.2026
551
Avqustun son həftəsi bürclər üçün fərqli mövzuları ön plana çıxaracaq. Bəzi bürclər iş və karyera məsələlərinə fokuslanacaq, bəziləri münasibətlərdə yeni qərarlar verəcək, digərləri isə maliyyə və şəxsi planlarını yenidən nəzərdən keçirəcək.
 
AZXEBER.COM xəbər verir ki, astroloji şərhlərə görə, həftənin sonunda baş verəcək Ay tutulması da bəzi bürclər üçün dəyişikliklərin başlanğıcı kimi qiymətləndirilir.

Qoç 

Bu həftə iş və gündəlik məsuliyyətləriniz artacaq. Yarımçıq qalan məsələləri tamamlamaq üçün yaxşı zamandır. Münasibətlərdə isə emosional qərarlardan uzaq durmağa çalışın.

Buğa 

Karyera və gələcəklə bağlı yeni imkanlar gündəmə gələ bilər. Gözlənilməz bir hadisə planlarınızı dəyişməyə vadar edə bilər. Maliyyə məsələlərində isə ehtiyatlı olmaq faydalıdır.

Əkizlər 

Ünsiyyət, təhsil və iş həyatınızda hərəkətli günlər sizi gözləyir. Yeni məlumat və ya təklif gələcək planlarınıza təsir göstərə bilər. Fikirlərinizi açıq şəkildə ifadə etməkdən çəkinməyin.

Xərçəng 

Bu həftə daha çox özünüzə və gələcək planlarınıza fokuslana bilərsiniz. Uzun müddətdir düşündüyünüz bir qərarla bağlı nə istədiyinizi dəqiqləşdirmək üçün uyğun zamandır.

Şir 

Özünüzə inamınız yüksək olacaq. Lakin hər məsuliyyəti üzərinizə götürmək əvəzinə prioritetlərinizi müəyyənləşdirməyə çalışın. Münasibətlərdə sərhədlərinizə diqqət yetirin.

Qız 

Sizin üçün diqqətçəkən həftədir. İş, şəxsi həyat və gələcəklə bağlı yeni məlumatlar ala bilərsiniz. Detallara diqqət etmək və qərar verməzdən əvvəl hər şeyi ölçüb-biçmək faydalı olacaq.

Tərəzi 

Münasibətlərdə balans yaratmaq əsas mövzu olacaq. Qarşı tərəfin fikirlərini dinləmək və özünüzü düzgün ifadə etmək bəzi anlaşılmazlıqların qarşısını ala bilər.

Əqrəb 

Maliyyə və şəxsi prioritetləriniz gündəmdə olacaq. Xərclərinizi nəzərdən keçirmək və vacib qərarları tələsmədən vermək yaxşı nəticə verə bilər.

Oxatan 

Yeni ideyalar və gələcəklə bağlı planlar üçün aktiv həftədir. Təhsil, səyahət və yeni təcrübələrlə bağlı imkanlar diqqətinizi çəkə bilər.

Oğlaq 

İş və maliyyə məsələlərində daha planlı davranmaq lazım gələcək. Qarşınıza çıxan məsuliyyətlər çoxalsa da, düzgün təşkilatlanma ilə onların öhdəsindən gələ bilərsiniz.

Dolça 

Sosial çevrənizdə hərəkətlilik arta bilər. Yeni insanlarla tanışlıq və maraqlı söhbətlər üçün əlverişli həftədir. Yaradıcılıq tələb edən işlərdə də özünüzü daha rahat ifad edə bilərsiniz.

Balıqlar 

Həftənin ən diqqətçəkən astroloji hadisələrindən biri sizin bürcünüzdə baş verəcək. 28 avqustdakı Ay tutulması ilə əlaqədar astroloji şərhlərdə şəxsi həyat, münasibətlər və gələcəklə bağlı yeni qərarların ön plana çıxa biləcəyi qeyd olunur. Köhnə bir mərhələni geridə qoymaq istəyi yarana bilər.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib