Bu həftədən 4 günlük tətil başlayır

Bu həftədən 4 günlük tətil başlayır
SOSİAL
14:30 23.06.2025
461
Bu həftədən etibarən 4 günlük tətil başlayır.

Baş nazirin iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün verdiyi Qərarla 27 iyun iş günü ilə 21 iyun istirahət gününün yerləri dəyişdirilib.

Beləliklə, 21 iyun şənbə günü olsa da, Azərbaycanda iş günü oldu.

Bu həftədən etibarən isə 26, 27, 28 (şənbə) və 29 (bazar) iyun tarixləri qeyri-iş günləri olacaq.

Qeyd edək ki, 26 iyun ölkəmizdə Silahlı Qüvvələr Günüdür.
OXŞAR XƏBƏRLƏR