“Bu həm də bir insanlıq ayıbıdır” - Fərid Şahbazlı

“Bu həm də bir insanlıq ayıbıdır” - Fərid Şahbazlı
GƏNCLİK
15:31 06.07.2017
2159
"Alxanlı kəndində 2 yaşlı uşaq və qadının qətlə yetirilməsi Ermənistan və onun cinayətkar rəhbərliyinin terrorçu kimliyini ortaya qoyan növbəti faktdır. 25 il bundan öncə Xocalıda uşaq, qadın, yaşlı bilmədən soyqrım həyata keçirən Ermənistan və onun uşaq qatili adını qazanmış rəhbəri Sarkisyan bugün də özünün cinayətkar fəaliyyətini davam etdirərək dinc əhalini hədəf seçməkdədir”.

Bu sözləri "İslahatçı Gənclər” İctimai birliyinin sədri Fərid Şahbazlı iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini və mülki obyektlərini hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyevanın və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olmasına münasibət bildirərkən söyləyib.

O qeyd edib ki, Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaq hüquqlarının və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. F.Şahbazlının sözlərinə görə, bir insanlıq cinayəti olan bu hadisələrlə bağlı dünya birliyinin və müvafiq hüquq müdafiə təşkilatlarının susqunluq nümayiş etdirməsi onların əsl mahiyyətini ortaya qoymaqdadır: "Bu fakt bir daha sübut etdiki, insan hüquqları mövzusu bu qurumlar üçün müstəqil siyasət yürüdən ölkələrə təzyiq vasitəsi rolunu oynayır. 2 yaşlı günahsız körpənin ölümünə səssiz qalmaq siyasi riyakarlıqla yanaşı, həm də bir insanlıq ayıbıdır”.

F.Şahbazlı qeyd edib ki, Ermənistanın dinc əhaliyə yönəlik bu terrorçu siyasəti ilə bağlı "İslahatçı Gənclər” İctimai Birliyi sosial şəbəkələrdə geniş təbliğat kampaniyası həyata keçirir: "Eyni zamanda dünyanın nüfuzlu uşaq, gənclər və hüquq müdafiə təşkilatlarına və KİV-lərinə informasiya xarakterli müraciətlərimiz davam edir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir