Bu il 872 nəfər yol qəzalarının “qurbanı” olub-Rəsmi məlumat

Bu il 872 nəfər yol qəzalarının “qurbanı” olub-Rəsmi məlumat
Bütün Xəbərlər
15:05 11.10.2013
755

9 ay ərzində Azərbaycanda baş verən yol qəzalarında 872 nəfər ölüb.

AZXEBER.COM  xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə (BDYPİ) əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib. O bildirib ki, cari ilin ilk 9 ayında ölkə ərazisində 2157 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 872 nəfər ölüb, 2303 nəfər yaralanıb. Şöbə rəisinin sözlərinə görə hesabat dövründə paytaxt yollarında 755 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 258 nəfər ölüb, 773 nəfər yaralanıb. “Respublikada piyadaların vurulması ilə nəticələn 804 yol qəzası baş verib. Baş verən yol qəzalarında 284 nəfər ölüb, 592 nəfər yaralanıb. Yanvarın 1-dən sentyabrın 30-a qədər respublika ərazisində yol qəzalarında 65 uşaq ölüb, 217 nəfər isə yaralanıb. Cari ilin ilk 9 ayında sərxoş sürücülər tərəfindən 65 yol qəzası törədilib. Nəticədə 26 nəfər ölüb, 76 nəfər yaralanıb”. K.Əliyev sözlərinə əlavə edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövrü ərzində bu il Azərbaycanda baş verən yol qəzalarının statistikası artıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5% yol-nəqliyyat hadisəsi, 4,1% ölüm, 1% yaralıların sayı artıb.

 

OXŞAR XƏBƏRLƏR