Bu il Azərbaycanda 138 avtomobil qaçırılıb

Bu il Azərbaycanda 138 avtomobil qaçırılıb
Bütün Xəbərlər
14:45 30.07.2013
804
Bu il Azərbaycanda 138 avtomobil qaçırılıb. Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib. 
Məlumata görə, 2013-cü ilin birinci yarısı ərzində BDYPİ-nə 138 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olub ki, onlardan 103-ü tapılıb. BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 11 şəxs və 36 avtomobil saxlanılıb, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 158 fakt və 16 fakt saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib.
OXŞAR XƏBƏRLƏR