Yaxşı qulluq olunarsa, hər arı ailəsindən1 ildə 10 kiloqram bal almaq mümkündür
Şimal bölgəsində arıçılıq əsasən Qubada daha çox yayılıb. Rayonun Çartəpə kənd sakiniEmin Ağakişiyevdə 12 ildir ki, arıçılıqla məşğuldur. O, arı ailəsində hər kəsin öz işi olduğunu bildirir. Qubada bal verən 50-yə yaxın bitki mövcuddur. Arıların balla yanaşı, 6 növ məhsulu olur ki, bunlar da arı südü, zəhəri, bərəmum, gül tozu, mumya və güləmdəndir. Bu məhsulları əldə etmək üçün isə arı ailələrinə xüsusi diqqət yetirmək lazımdır.Ömrünün 35 ilini arıçılığa həsr edənSəbrulla Ağakişiyevisə artıq bu sahənin mütəxəssisinə çevrilib. O, bal dövrünün cəmi 2 gündür başlandığını bildirir. Səbrulla Ağakişiyevin bu il arıların ötən illərə nisbətən daha çox məhsul verəcəyini bildirir. Hər arı ailəsindən, yaxşı qulluq olunarsa, 1 ildə 10 kiloqram bal almaq mümkündür. Hazırda Qubanın Çartəpə kəndindəki təssərrüfatlarda 600-ə yaxın arı ailəsi saxlanılır.