Bu il III qrupa imtahan verənlərin sayı çoxdur - RƏQƏMLƏR

Bu il III qrupa imtahan verənlərin sayı çoxdur - RƏQƏMLƏR
Bütün Xəbərlər
11:40 04.05.2012
2351
Azərbaycanda ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün bu günədək 62 779 nəfər ərizə verib.
AZXEBER.COM-a TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, bu gün səhər saat 10-a qədər olan məlumatlara görə həmin abituriyentlərin 53 687-si Azərbaycan bölməsi üzrədir.I qrup üzrə sənəd verənlərin sayı 19 711, II qupa 14 786, III qrup üzrə isə 19 797, IV qrupa 8 485 nəfərdir.Qeyd edək ki, 2012/2013-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər mayın 16-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı və mayın 18-dək tələb olunan sənədləri Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər.
OXŞAR XƏBƏRLƏR