Bu il ölkədə 15420 cinayət qeydə alınıb

Bu il ölkədə 15420 cinayət qeydə alınıb
KRİMİNAL
15:53 24.07.2026
235
Bu ilin birinci yarımilində ölkə ərazisində 15420 cinayət qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə prokurorluq orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, onların 90,7 %-nin açılması təmin edilmiş, ümumilikdə ölkə üzrə cəmi 7893 cinayət işinin istintaqı tamamlanmışdır ki, onlardan da 470-i prokurorluq orqanlarında istintaq edilmişdir.

Prokurorluq orqanları tərəfindən 269, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 5511 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.
OXŞAR XƏBƏRLƏR