Bu il "son zəng" nə vaxt keçiriləcək?

SOSİAL
16:14 19.04.2016
4262
Redaksiyamıza daxil olan müraciətlərdə məktəblilər və onların valideynləri "Son zəng"in vaxtının, Təhsil Nazirliyinin daha öncə elan etdiyi kimi, iyunun 14-də deyil, mayın 30-da keçirilməsi ilə bağlı məlumat verildiyini bildiriblər.
Məlumatı dəqiqləşdirmək üçün Təhsil Nazirliyinə müraciət etdik.
Bu il "Son zəng" tədbirləri iyunun 14-də keçiriləcək.
Məlumata görə, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayır, iyunun 14-də başa çatır. Bununla əlaqədar olaraq, "Son zəng" tədbirləri iyunun 14-də keçiriləcək.
///virtualaz.org

OXŞAR XƏBƏRLƏR