Bu ilin 9 ayında Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb

Bu ilin 9 ayında Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb
Bütün Xəbərlər
12:16 19.11.2013
530
Bu ilin 9 ayı ərzində Azərbaycanda 387 nəfərİİV-ə yoluxub.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan verilən məlumata görə, onlardan 372-si (96,1%) Azərbaycan vətəndaşı, 15 nəfəri (3,9%) isə əcnəbi vətəndaşdır.

Azərbaycanda İİV-infeksiyası epidemiyası əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb. İİV-ə yoluxması təsdiq olunmuş 387 nəfərdən 127 nəfər (32,8%) inyeksion yolla İİV-ə yoluxub. Onlardan 99 nəfəri (75%) dispanser qeydiyyatındadır.(APA)

OXŞAR XƏBƏRLƏR