Bu ilki 'Son zəng'lə bağlı yeni qərar - ƏMR

Bu ilki
Bütün Xəbərlər
17:57 25.05.2012
3920
Təhsil naziri Misir Mərdanov "Son zəng"in keçirilməsi qaydaları haqqında əmr imzalayıb. AZXEBER.COM-un nazirliyin rəsmi saytına istinadən məlumatına görə, əmrə əsasən son zəng tədbiri mayın 31-də saat 10:00-dan başlayaraq üç saat müddətində yalnız təhsil müəssisəsinin ərazisində keçiriləcək.
Əmrdə ölkəmizin ümumtəhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin iştirakının təmin edilməsi nəzərdə tutulub.Eyni zamanda əmrdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə “Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işlərin vaxtında başa çatdırılması, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsinə dair tapşırıqlar verilib.
OXŞAR XƏBƏRLƏR