Bu insanın gözəlliyi başına bəla oldu

Bu insanın gözəlliyi başına bəla oldu
Bütün Xəbərlər
19:37 25.12.2012
909
ABŞ-ın Ayova ştatında diş həkimi öz köməkçisini işdən çıxarıb.AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, onun işdən azad edilməsinə səbəb cəlbedici olması olub.Məhkəmə isə 53 yaşlı həkim Ceyms Naytın hüquqlarını müdafiə edib və bunu onun ailəsinin maraqlarını müdafiə etməsi ilə izah edib. 32 yaşlı Melissa Nelson diş texnikidir və 10 ildir Naytla birgə işləyirdi. O da işdən çıxarıldıqdan sonra məhkəməyə müraciət edib. O ərizəsində bildirib ki, bu illər ərzində öz müdiri ilə sevişməyib və heç vaxt onun ailəsini dağıtmaq niyyətində olmatıb.C. Nayt isə dinləmələrdə etiraf edib ki, son zamanlar Melissaya qətiyyən fikir vermirdi. Baxmayaraq ki, axır vaxtlar o işə hətta dar geyimdə gəlirdi. Ancaq iş materiallarında qeyd olunur ki, onlar SMS yazışmalar aparırdılar. Bu da çox vaxt peşəkar mövzulara aid idi. Burada sevgiyə aid heç bir mövzu olmayıb.
OXŞAR XƏBƏRLƏR