Bu İslam ölkəsində Ermənistanı pisləyəni öldürürlər
Bütün Xəbərlər
12:02 12.09.2011
1646
"Əgər azərbaycanlı İranda Ermənistanı və ya bu dövlətin Azərbaycana qarşı etdiklərini tənqid etsə, həmin şəxsi sadəcə olaraq edam cəzası gözləyir". Bu barədə Türkiyənin "Yeni Şafak" qəzetinə müsahibəsində Azərbaycan əsilli Həbib ləqəbli iranlı şair danışıb.33 yaşlı şair və aktivist İranda azərbaycanlıların hüquqları uğrunda mübarizə apardığına görə bu ölkə hakimiyyətinin təzyiqlərinə dözməyərək Türkiyəyə qaçmalı olub. Həbib müsahibə zamanı azərbaycanlılara edilən təzyiqlərdən danışıb:“İranla Ermənistan arasında mövcud olan münasibətlər üzündən Ermənistanı bizim dövlətə qarşı etdiklərinə görə tənqid etməyə hüququmuz yoxdur. İranda mənim bu mövzuda şeirlərimi tapsalar məni öldürərlər”,- deyən Həbibi qeyd edib ki, onun dostlarının bir çoxu məhz bu səbəbdən hazırda İranda həbsxanalarda saxlanılırlar.Daha sonra sözlərinə davam edən Həbibi deyib ki, qəzet və kitabları fars dilində nəşr edilir: “Bizə doğma dilimizdə oxuyub, yazmağa icazə verilmir. Biz əhalinin 55 faizini təşkil edirik, İranda təzyiq və təhqir olunuruq”.