Bu yol 1 sutkalıq bağlanacaq

Bu yol 1 sutkalıq bağlanacaq
SOSİAL
09:58 07.05.2026
278
Bakı şəhəri, Rəşid Behbudov küçəsinin Sahib Zeynalov küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissəsində təmir işləri aparılacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq, 8 may saat 22:00-dan 9 may saat 23:00-dək qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, əvvəlcədən hərəkət istiqamətlərini planlaşdırmaları və alternativ yollardan istifadə etmələrini xahiş edir.
OXŞAR XƏBƏRLƏR