Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir

Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
SOSİAL
10:44 16.09.2025
342
Nəqliyyat axınının nizamlanması və yol hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə AYNA tərəfindən Bakının Koroğlu Rəhimov küçəsində hərəkətin təşkilində dəyişikliklər edilir.

AYNA-dan verilən məlumata görə, dəyişikliklərə əsasən, Koroğlu Rəhimov küçəsinin Fətəli xan Xoyski küçəsi ilə kəsişməsindən Həsən Əliyev küçəsi ilə kəsişməsinədək olan hissədə birtərəfli hərəkət təmin ediləcək.

Koroğlu Rəhimov küçəsinə paralel yerləşən və əsasən istifadəsiz qalan küçədə də birtərəfli hərəkətin təşkili nəzərdə tutulub. Bununla da yolun funksionallığı artırılacaq. Küçənin buraxıcılıq qabiliyyətini artırmaq məqsədilə yolun bir tərəfində parklanma ləğv ediləcək. Burada avtomobillər üçün geriyədönmə yerləri təşkil olunacaq.

Dəyişiklik nəticəsində sürücülərin diqqət etməli olduğu vacib məqamlar var. Belə ki, Koroğlu Rəhimov küçəsindən "Gənclik" metrostansiyası istiqamətində getmək istəyən nəqliyyat vasitələri irəlidə - Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsindəki geridönmə yerindən istifadə edərək fasiləsiz şəkildə Fətəli xan Xoyski küçəsinə daxil ola biləcəklər.

Eyni zamanda, Həsən Əliyev küçəsindən gələrək Koroğlu Rəhimov küçəsinə daxil olmaq istəyənlər parkın yanından - əsas küçəyə paralel yerləşən hissədən keçərək sola hərəkətlərini davam etdirəcəklər.

Koroğlu Rəhimov küçəsində birtərəfli hərəkət təşkil edildiyindən ərazidən keçən 13 nömrəli marşrut avtobusu Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski küçəsi istiqamətində hərəkət edərkən Koroğlu Rəhimov küçəsinə paralel, parkın yanındakı küçədən istifadə edəcək. Sərnişinlərin rahatlığı üçün ərazidə yeni dayanacaq məntəqələri təşkil ediləcək. Burada mövcud olan adacıqlar isə avtobusların və digər nəqliyyat vasitələrinin rahat manevr etməsi üçün istifadə olunacaq.

Atatürk prospektindən Əlövsət Əbdülrəhimov küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri Həsən Əliyev küçəsi ilə metronun "Gənclik" stansiyası istiqamətində getmək istədikdə parkın yanından birbaşa birinci döngədən istifadə etməli olacaqlar.

Əlövsət Əbdülrəhimov küçəsindəki parkın sonunda, Koroğlu Rəhimov küçəsinə olan ikinci döngə nəqliyyat vasitələrinin qarşıda, Həsən Əliyev küçəsi ilə kəsişmədə yalnız sola - metronun "Nəriman Nərimanov" stansiyası istiqamətində hərəkət etmələrini təmin edəcək.

Sürücülərin dəyişiklikləri rahat uyğunlaşması və gedəcəkləri istiqamətləri öncədən müəyyən etmələri üçün ərazidə müvafiq yol nişanları və məlumat lövhələri quraşdırılacaq.

Piyadaların təhlükəsizliyi üçün Koroğlu Rəhimov və Fətəli xan Xoyski küçələrinin kəsişməsində işıqforla tənzimlənən piyada keçidləri təşkil olunacaq.

Daha bir dəyişikliyə əsasən, Koroğlu Rəhimov küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Fətəli xan Xoyski küçəsi ilə kəsişməsinədək olan hissəsində əlavə hərəkət zolağı təşkil olunmaqla bu istiqamətdə 3 hərəkət zolağı təmin ediləcək. Əks istiqamətdə isə zolaqların sayı dəyişməz olaraq qalacaq.

Qeyd edək ki, layihə Bakının "rəqəmsal əkiz"i üzərində simulyasiya edilərək hazırlanıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şuşada BƏƏ Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO
16:48 16.09.2025
Şuşada BƏƏ Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO
Şimşək çaxacaq, leysan yağacaq
16:45 16.09.2025
Şimşək çaxacaq, leysan yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşa qalasının önündə foto çəkdiriblər - FOTOLAR
16:37 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşa qalasının önündə foto çəkdiriblər - FOTOLAR
Paytaxtda motosiklet qaçıran şəxs saxlanılıb
16:32 16.09.2025
Paytaxtda motosiklet qaçıran şəxs saxlanılıb
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - FOTOLAR
16:32 16.09.2025
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - FOTOLAR
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
16:00 16.09.2025
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
15:59 16.09.2025
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
15:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
15:38 16.09.2025
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
15:31 16.09.2025
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib