Bu ölkə hərbi büdcəsini artırır

Bu ölkə hərbi büdcəsini artırır
DÜNYA
13:28 06.03.2022
370
Çin hökuməti 2022-ci il üçün hərbi büdcəsini artırmağa qərar verib.

AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, bu barədə Çinin maliyyə naziri Çin Xalq Assambleyasının iclasında bildirib. Hərbi büdcənin 7% artırılması nəzərdə tutulur ki, bu da 2015-ci ildən sonra ən yüksək göstəricidir.

Plana görə cari ildə Çinin hərbi xərcləri 1,45 trilyard yuan (230 milyard dollar) olacaq. Bununla da, Çin hərbi büdcəsinə görə yalnız ABŞ-dan geri qalacaq.

Qeyd edək ki, ABŞ-ın hərbi büdcəsi 740 milyard dollardır.
OXŞAR XƏBƏRLƏR