Qərbi Afrika ölkəsi Qana Oksford Universiteti tərəfindən hazırlanmış yeni malyariya peyvəndini təsdiqləyən ilk ölkə olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Qana Qida və Dərman İdarəsi (FDA) tərəfindən edilən açıqlamada, qurumun Oksford Universiteti tərəfindən hazırlanmış R21 malyariya peyvəndi ilə bağlı son sınaq məlumatlarını qiymətləndirdiyi bildirilib.
Açıqlamada, bu yeni peyvəndi təsdiqləyən ilk ölkə olan Qanada peyvəndin beş aydan üç yaşa qədər olan uşaqlarda istifadə ediləcəyi bildirilib.
Digər tərəfdən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) də bu peyvəndi təsdiqləməyi nəzərdən keçirdiyi bildirilir.
Universitetdən verilən açıqlamada Oksford komandası tərəfindən 400-dən çox uşaq üzərində sınaqdan keçirilən peyvəndin ÜST-nin təsdiq meyarlarını yerinə yetirdiyi bildirilib.
Açıqlamada peyvəndin heç bir yan təsir göstərmədiyi, yüksək doza qəbul edənlərdə 2 il ərzində 80 faiz, aşağı dozada isə 70 faiz qorunma təmin edildiyi bildirilib.
Parazit ağcaqanadların dişləməsi ilə ötürülən və orta hesabla 7 günlük inkubasiya dövründən sonra baş verən malyariya; Qızdırma, titrəmə, tərləmə, baş ağrısı, ürəkbulanma, qusma, əzələ ağrısı, zəiflik kimi qripə bənzər əlamətlərlə özünü göstərir.
Ən ölümcül xəstəliklərdən biri olan və hər 2 dəqiqədən bir uşaq ölümünə səbəb olan malyariya daha çox Afrikada müşahidə edilir.
Qitədə hər il orta hesabla 500 min insan malyariya səbəbiylə ölürsə, ölənlərin yarısı uşaqlardır.
Mikayıl