Bu ölkə müdafiə xərclərini artırmağı planlaşdırır

Bu ölkə müdafiə xərclərini artırmağı planlaşdırır
DÜNYA
03:40 26.10.2026
226
Böyük Britaniyanın Maliyyə naziri Con Hili ölkənin müdafiə ehtiyacları üçün əlavə milyardlarla funt-sterlinq vəsait ayırmağı planlaşdırır.

Bu barədə "The Sunday Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, bununla bağlı rəsmi açıqlamanın oktyabrın 28-də, Hilinin 2027-ci il üçün büdcə layihəsini ilk dəfə təqdim edəcəyi zaman verilməsi gözlənilir. Ayrılacaq vəsaitdən ən çox pilotsuz uçuş aparatları (PUA) istehsalçıları və hərbi texnologiya tərtibatçıları bəhrələnəcək.

Bu addım Böyük Britaniyanın ÜDM-də hərbi xərclərin payının artmasına gətirib çıxaracaq.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR